Qanunsuz yolla gətirilən 60 minə yaxın siqaret aşkar edilib

13:39 - 30 Noyabr 2022 - Cəmiyyət

Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində ölkə ərazisinə qanunsuz yolla gətirilən külli miqdarda siqaretin realizə edilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Ucnoqta.az-a verilən məlumata görə, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Hyundai Elantra” markalı avtomobilə baxış zamanı avtomaşının salonunda arxa oturacaqların üstündən və yük yerinə yığılmış halda, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış 64 adda 59.348 ədəd müxtəlif markalı siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti