Kinoteatrlar anti-Türkiyə filminin nümayişindən imtina etdi - başqa ünvanda keçiriləcək

Bakı kinoteatrları Türkiyəyə qarşı çəkilmiş "Odda - İki bacı" ("Sisters apart") filmini nümayiş etdirməkdən imtina edib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, anti-Türkiyə mövzusunda lentə alınmış film ölkəmizdə narazılığa səbəb olub. Bu səbəbdən də kinoteatrlar filmin nümayişindən birmənalı şəkildə imtina edib.

Lakin buna baxmayaraq Almaniyanın Bakıdakı səfirliyi və Aİ-nin Azərbaycandakı nümayəndəliyi filmi gələn həftə "Landmark"da nümayiş etdimək niyyətindədir. Bununla bağlı səfirlik sosial şəbəkədə elan yayıb.

Halbuki, Azərbaycanla qardaşlıq münasibətlərində olan ölkəyə qarşı hazırlanmış bir filmin Bakıda hansı məkanda olursa-olsun nümayişi yolverilməzdir.

Tarix
30 Noyabr 2022 [13:00]
Müəllif
Üç nöqtə
2022-11-30 13:00:43
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin