Vasif Talıbovun oğlu işdən çıxarıldı

11:58 - 30 Noyabr 2022 - Xəbər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun kiçik oğlu Seymur Talıbovun Naxçıvan Dövlət Universitetinin prorektoru vəzifəsindən azad edildiyi bildirilir.

Ucnoqta.az xəbər verir ki, bu barədə tns.az məlumat yayıb.
Qeyd edək ki, Seymur Talıbov Naxçıvan Dövlət Universitetinin beynəlxalq məsələlər üzrə prorektoru vəzifəsində çalışırdı.

Seymur Talıbov 2011-ci ilin yanvar ayından Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasında müəllim, 2013-cü ildən isə baş müəllim işləyir. 2012-ci ildən Naxçıvan Dövlət Universitetində beynəlxalq hüquq üzrə qiyabi doktorant olub. 2017-ci ildən isə NDU-nun dosentidir.

Xatırladaq ki, Seymur Talıbov 2015-ci ildən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır.

Xəbər xətti