Salman Dadayev istefa verdi

17:40 - 28 Noyabr 2022 - Xəbər

Rusiyanın Dağıstan vilayətinin paytaxtı olan Mahaçqala şəhərinin rəhbəri Salman Dadayev istefa verib. 

Ucnoqta.az "Unikal"a istinadən xəbər verir ki, bu barədə o, noyabrın 28-də deputatların şəhər yığıncağının növbədənkənar sessiyasında məlumat verib.

"Şəhərin inkişafı ilə bağlı balanslaşdırılmış qərar qəbul edilib. Hörmətli deputatlar, məni başqa işim gözlədiyinə görə Mahaçqala meri vəzifəsindən istefaya göndərilməsi məsələsinə baxılmasını təklif edirəm", - mer qeyd edib. 

Şəhər məclisinin deputatları səs çoxluğu ilə merin istefasına səs veriblər.

Xəbər xətti