7 ölkənin XİN başçısı Ukraynaya gəldi

16:26 - 28 Noyabr 2022 - DÜNYA

Estoniya, Finlandiya, İslandiya, Latviya, Litva, Norveç və İsveçin xarici işlər nazirləri Kiyevə gəlib.

Ucnoqta.az xəbər verir ki, bununla bağlı Estoniyanın xarici işlər naziri Urmas Reinsalu "Twitter"də paylaşım edib. Səfər məqsəd Ukraynaya göndəriləcək yardımı müzakirə etməkdir.

"Biz Xarici İşlər Nazirləri bu gün Ukrayna ilə tam həmrəy olaraq Kiyevdəyik. Bombalı yağışlara və Rusiyanın barbar qəddarlığına baxmayaraq, Ukrayna qalib gələcək!" - o, yazıb.

Xəbər xətti