Gəncədə piyadanı vurub qaçan şəxs TUTULDU

10:39 - 28 Noyabr 2022 - HADİSƏ

Gəncədə piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov Oxu.Az-a məlumat verib.

Bildirilib ki, noyabrın 26-də Gəncə şəhərinin İ.Cəfərli küçəsində müəyyən edilməyən avtomobilin yolu keçən şəhər sakini N.Hüseynovanı vurması və xəstəxanaya yerləşdirilməsi barədə Gəncə Şəhər Baş Polis İdarəsinə məlumat daxil olub.

Gəncə Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və 2-ci Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə yol-nəqliyyat hadisəsinin VAZ-2107 markalı avtomobil ilə törədilməsi müəyyən edilib.

Görülmüş tədbirlərlə piyadanı vuraraq hadisə yerindən yayınmaqda şübhəli bilinən, qeyd edilən avtomobilin sürücüsü - şəhər sakini Sənan Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.

 

Xəbər xətti