Naxçıvanda telefonu əlindən alınan məktəbli özünü asdı

Azərbaycanda məktəbli intihar edib.

Lent.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda qeydə alınıb. 11-ci sinif şagirdi Sadiqov Elməddin Zahir oğlu yaşadığı evin həyətindəki ağacdan özünü asıb.

İntiharın dəqiq səbəbləri hələlik məlum deyil. 

İddialara görə, məktəbli ailəsinin ona mobil telefondan istifadə etməsinə qadağa qoyduğu üçün bu addımı atıb.

Belə ki, E.Sadiqov intihar etməzdən əvvəl anası onun mobil telefonunu əlindən alıbmış.

Faktla bağlı araşdırma aparılır.

 

Tarix
6 Oktyabr 2022 [16:07]
Müəllif
Üç nöqtə
2022-10-06 16:07:41
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin