CAS Nurlan İbrahimovla bağlı qərarını açıqladı

14:30 - 6 Oktyabr 2022 - Cəmiyyət

İdman Arbitraj Məhkəməsi (CAS) “Qarabağ”ın sabiq mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimova UEFA tərəfindən verilən cəzanı qüvvədə saxlayıb.

Bu barədə Nurlan İbrahimovun vəkili Fərid Haqverdiyev məlumat verib.
O bildirib ki, CAS UEFA-nın verdiyi qərarı dəyişdirməyib: “Bir neçə səbəb göstərilib. 150 səhifəlik məktub göndərilib bizə. Daha ətraflı açıqlama verəcəyik. Biz bunu İnsan Hüquqları Məhkəməsi tərəfindən araşdırılmasına nail olmağa çalışacağıq. İdman baxımından bu son qərardır”.

Qeyd edək ki, UEFA-nın Nəzarət, Etik və İntizam Komitəsinin aldığı qərara əsasən, Ağdam klubunun rəsmisinin futbolla əlaqəli hər hansı fəaliyyətinə ömürlük qadağa qoyulub. Buna səbəb N. İbrahimovun Ermənistan tərəfindən Azərbaycanın Gəncə və Bərdə şəhərlərinə atılan ballistik raket zərbələri nəticəsində günahsız dinc əhali arasında uşaq və qadınların dünyasını dəyişməsi ilə bağlı təcavüzkar ölkəyə qarşı feysbukda yazdığı status olub.

Xəbər xətti