Putin Kadırova general-polkovnik rütbəsi verdi

16:57 - 5 Oktyabr 2022 - DÜNYA

Çeçenistan rəhbəri Ramzan Kadırova general-polkovnik rütbəsi verilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri öz teleqram kanalında bildirib.
“Sizinlə daha bir şad xəbəri bölüşmək istəyirəm. Rusiya prezidenti məni general-polkovnik rütbəsi ilə təltif etdi. Fərman 709 nömrəsi ilə çıxıb. Bu barədə şəxsən Vladimir Vladimiroviç mənə məlumat verdi və məni təbrik etdi”, - deyə Kadırov vurğulayıb.

Qeyd edək ki, bu, Çeçenistan rəhbərinin Ukraynadakı müharibə zamanı aldığı ikinci rütbədir, bu ilin martın sonunda ona general-leytenant hərbi rütbəsi verilib.

Xəbər xətti