“Müəllim, aşağı yat” sözünü dinləməyib şəhid olan direktor... - Video

Bu gün Azərbaycanda Beynəlxalq Müəllimlər Günü kimi qeyd olunur.

Ucnoqta.az xəbər verir ki, “Qafqazinfo” bu məqamda bir müddət Ağstafanın Qırılı kənd tam orta məktəbində fransız dili müəllimi, daha sonra Ağstafa şəhər 1 nömrəli tam orta məktəbdə direktor vəzifəsində çalışan Vətən müharibəsi şəhidi Elvin İmaməliyevin ailəsindən 2020-ci ildə hazırladığı reportajı bir daha təqdim edir:

Oğlunun igidliyi ilə qürur hissi keçirdiyini vurğulayan E.İmaməliyevin atası Elsevər İmaməliyev deyir ki, Elvin ordu sıralarına qoşulmağı özü arzulayıb:

“Atam da, babam da, onun atası da evin tək oğlu olub. Mən də evin tək oğluyam. Elvin də tək oğlan idi. Bu silsiləni Elvin pozdu, onun iki oğlu var. Amma özü şəhid oldu…”

Qəhrəman atası danışır ki, Elvin İmaməliyev fransız dili üzrə təhsil alıb və bununla yanaşı alman, ingilis, rus dillərini də öyrənib.

Bakıda neft sahəsində ixtisaslaşan Fransa şirkəti ona yüksək maaşla iş təklif etsə də, Elvin bundan imtina etməli olub. Körpəlikdən nənə və babasının yanında böyüyən Elvin nənəsinin sözü ilə kəndə, onun yanına qayıdıb. Bir müddət fransız dili müəllimi kimi işləsə də, sonradan yüksək balla direktor vəzifəsinə qəbul olub.

Elvin İmaməliyev sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinə könüllü yazılıb, 29-da isə cəbhəyə yollanıb. Noyabrın 9-da Qırmızı bazar kəndi uğrunda döyüşlərdə mərmi yarası alaraq qəhrəmancasına şəhid olub.

Şəhid məktəb direktorundan yadigar isə iki azyaşlı oğlu qalıb. Babalarının sözlərinə görə, qəhrəmanımız şəhid olan gün büküldüyü bayrağı nəvələri “Atamın bayrağı!” deyə adlandırıblar...

Tarix
5 Oktyabr 2022 [10:55]
Müəllif
Üç nöqtə
2022-10-05 10:55:31
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin