Novella Cəfəroğlu: "Naxçıvan kimi yerə məhz Vasif Talıbov lazımdır…"

“Vasif Talıbov mənim xoşum gələn adam deyil. Çünki o, məni 2003-cü ildə seçkiqabağı Naxçıvanda döydürüb. Hava limanında məni ölənə qədər döyüblər, yerə yıxıb təpikləyibər. Tək məni yox, Səadət Bənanyarlını, Sədaqət Paşayevanı da. Amma neçə illərdir Naxçıvana fikir verirəm. İndi Naxçıvana gedəndə oranın gözəlliyinə tək mən yox, hamı valeh olur. Başa düşürəm, çox haqsızlıqlar olub… Amma Naxçıvanı bu cür yalnız Vasif Talıbov saxlaya bilər. Niyə? Çünki bir tərəfdən İran, digər tərəfdən Ermənistandır. Orda, doğrudan da, Vasif Talıbov kimi diktator olmasa, millət özbaşına qalsa, Naxçıvana bir tərəfdən İran, o biri tərəfdən Ermənistan girəcək. Düzdür, bilirəm ki, bütün naxçıvanlılar məni söyəcəklər, çünki onu sevmirlər. Amma Naxçıvan kimi yerə məhz Vasif Talıbov lazımdır...”

Ucnoqta.az xəbər verir ki, bu sözləri Pravda.az-a hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.
O vurğulayıb ki, Talıbov sərt qanunları, sərt yanaşması ilə Naxçıvanı indiyə qədər ermənilərdən, iranlılardan qoruyub-saxlayıb: “Küçələri tərtəmiz. Baxın, görün, o qədər bağlar salıb, ərik, albalı və s. Camaata deyir “hamısını yığın, aparın evinizə”. Əcnəbilər bir-iki dəfə mənimlə birgə Naxçıvana getmişdilər. Valeh olmuşdular. Gəncədə, Qazaxda və digər şəhərlərdə oluram. Amma bu gün Naxçıvanın gözəlliyi, təmzliyi, doğrudan da, heç yerdə yoxdur. Talıbov Naxçıvanı o qədər gözəl saxlayıb. Talıbovdan yaxşısını tapa bilərlərsə, hə. Naxçıvanda elə insan olmalıdır ki, ermənilərlə İran ora girə bilməsin. Talıbovu sevsəm də, sevməsəm də, hazırda vəzifəsindən kənarlaşdırılmasını düzgün hesab etmirəm. Bəlkə, 5 ildən sonra. Amma indi yox”.

N.Cəfəroğlu deyib ki, hazırda Zəngəzur dəhlizinin açılmasını gözləmək ən doğru addım olar: “Gözləyək, Zəngəzur dəhlizi açılsın, ondan sonra Talıbov haqqında danışa bilərik. Baxmayaraq ki, Naxçıvanın yarısı Azərbaycandadır. Bilirəm, yol açılsa, Naxçıvanda həm iş yeri olacaq, iqtisadiyyatı yüksələcək. Ona görə də Zəngəzur dəhlizinin açılmasını gözləmək lazımdır. Açılsa, Naxçıvan da düzələcək, Allahın izni ilə orada da hər şey olacaq. Bütün naxçıvanlılar da oturub evlərində yaşayıb, işləyəcəklər. Yəni məsələ Vasif Talıbov deyil, məhz Zəngəzur məsələsidir”.

Tarix
2 Oktyabr 2022 [09:05]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2022-10-02 09:05:58
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin