Ərdoğan Paşinyanla Praqada görüşə bilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanla Çexiyanın paytaxtı Praqada görüşə biləcəyini qeyd edib.

“Report” "Haber Global"a istinadən xəbər verir ki, o, bu barədə Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı deyib.

Türkiyə lideri bildirib ki, Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən sonra bölgədə yeni şərait yaranıb:

“Şuşa bəyannaməsinə uyğun olaraq can Azərbaycana olan dəstəyimiz çox əhəmiyyətli və əbədidir. Cənubi Qafqazda can Azəbaycanın qələbəsindən sonra bölgədə davamlı sülh üçün ümid işığı doğub”.

Ərdoğan bölgədə davamlı sülh üçün Ermənistanla əlaqələrimizdə yeni əməkdaşlığı ortaya qoyduqlarını vurğulayıb: "Ermənistan regiondakı barış üçün yaranmış şəraiti yaxşı dəyərləndirməlidir".

Tarix
1 Oktyabr 2022 [18:27]
Müəllif
Üç nöqtə
2022-10-01 18:27:26
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin