"Rusiyanın minlərlə vətəndaşına sanksiyalar tətbiq ediləcək" - Zelenski

15:17 - 1 Oktyabr 2022 - DÜNYA

Ukrayna Rusiya Federasiyasının minlərlə fiziki və hüquqi şəxsinə qarşı sanksiyalar tətbiq edəcək.

Sanksiyalar siyahısına həmçinin Donetsk, Luqansk, Zaporojye və Xersonda “referendum”ların keçirilməsində iştirak edənlər də daxil olunacaq.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.

“Bir çox əhəmiyyətli şəxslərə, Rusiyanın əhəmiyyətli müəssisələrinə qarşı yeni sanksiyalar tətbiq ediləcək. Təbii ki, sanksiyalar “referendum”da iştirak etmiş digər ölkələrin vətəndaşlarına da tətbiq olunacaq”, - deyə Zelenski “Telegram” kanalında yayımladığı videomüraciətində bildirib.

Onun sözlərinə görə, “referendum”un təşkilində və ya keçirilməsində iştirak edənlərin hamısı məsuliyyətə cəlb olunacaq.

Zelenski qeyd edib ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Rusiyanın fiziki və hüquqi şəxslərinə qarşı sanksiya siyahısı həqiqətən genişdir. Eyni zamanda kifayət qədər tanınmış simalar da siyahıya daxil ediləcək.

“Ukrayna və tərəfdaşlarımızın sanksiyaları sinxronlaşdırılır”, - deyə Ukrayna Prezidenti əlavə edib.///oxu.az

Xəbər xətti