Tərtər sakini qohumunu qətlə yetirdi

11:21 - 1 Oktyabr 2022 - HADİSƏ

Tərtərdə 52 yaşlı kişi qohumu tərəfindən qətlə yetirilib.

Ucnoqta.az xəbər verir ki, ötən gün rayonun Seydimli kəndi ərazisində 1970-ci il təvəllüdlü Müşviq Orucovun öldürülməsi barədə Tərtər rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla zərərçəkmişin qohumu, 1970-ci il təvəllüdlü Ərəstun Orucovun bıçaqla Müşviq Orucovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb. Ərəstun Orucov şübhəli şəxs qismində tutulub. İstintaq davam edir.

Xəbər xətti