Tanınmış həkim şəhid bacısını təmənnasız əməliyyat etdi - VİDEO

15:03 - 26 Sentyabr 2022 - Cəmiyyət

Cərrah-endokrinoloq Xəqani Həsənov təmənnasız şəhid bacısını əməliyyat edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ARB TV-də tanınmış teleaparıcı Xoşqədənm Hidayətqızının təqdimatı ilə yayımlanan "Səni axtarıram" verilişində məlumat verilib. Belə ki, 1-ci Qarabağ müharibəsində Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olan Yavərin bacısı zob xəstəliyindən əziyyət çəkirmiş. "Səni axtarıram"a müraciət edən şəhidin bacısını isə cərrah-endokrinoloq Xəqani Həsənov təmənnasız şəkildə əməliyyat edərək sağlamlığına qovuşdurub.

Qeyd edək ki, cərrah-endokrinoloq Xəqani Həsənov da 44 günlük Qarabağ döyüşlərində yaşadığı Rusiya Federasiyasından Azərbaycana gələrək ön xətdə əsgərlərimizə tibb xidməti göstərib.
Həmin görüntüləri təqdim edirik:

Xəbər xətti