Ucnoqta.az
www.ucnoqta.az

Tanınmış həkim şəhid bacısını təmənnasız əməliyyat etdi - <font color=red><b>VİDEO</b></font>

15:03 - 26 Sentyabr 2022 tarixində dərc olunub.

Cərrah-endokrinoloq Xəqani Həsənov təmənnasız şəhid bacısını əməliyyat edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ARB TV-də tanınmış teleaparıcı Xoşqədənm Hidayətqızının təqdimatı ilə yayımlanan "Səni axtarıram" verilişində məlumat verilib. Belə ki, 1-ci Qarabağ müharibəsində Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olan Yavərin bacısı zob xəstəliyindən əziyyət çəkirmiş. "Səni axtarıram"a müraciət edən şəhidin bacısını isə cərrah-endokrinoloq Xəqani Həsənov təmənnasız şəkildə əməliyyat edərək sağlamlığına qovuşdurub.

Qeyd edək ki, cərrah-endokrinoloq Xəqani Həsənov da 44 günlük Qarabağ döyüşlərində yaşadığı Rusiya Federasiyasından Azərbaycana gələrək ön xətdə əsgərlərimizə tibb xidməti göstərib.
Həmin görüntüləri təqdim edirik:

 
 
 
 
Посмотреть эту публикацию в Instagram
 
 
 
 
 
 
 
 
 
 
 

Публикация от Dr. Xaqani Həsənov (@zob_hekimi_)

Müəllif: