Qusarda avtomobillər toqquşub, ölən var

10:17 - 26 Sentyabr 2022 - HADİSƏ

Qusar rayonunda avtomobillər toqquşub, ölən var.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə sentyabrın 25-i saat 21 radələrində rayonun Lanqo qəsəbəsi ərazisində rayon sakinləri - N.Kərimovun idarə etdiyi “VAZ-21099” və A.Məmmədovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilən A.Məmmədovun sərnişini, Quba rayon sakini Nəriman Əlixanov orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər xətti