Aysunla Eşqin ayrılıb?

17:26 - 21 Sentyabr 2022 - MAQAZİN

Bir müddətdir müğənni Aysun İsmayılovanın həyat yoldaşı Eşqin Cəlilovdan ayrıldığı iddia olunur.

Diqqət çəkən məqamlardan biri Aysunun instaqramda Eşqini izləmədən çıxarmasıdır. İfaçı, həmçinin onunla birlikdə olduğu şəkilləri, hətta toy görüntülərini də sosial platformadan silib. 

Bu gün Aysunun instaqramda etdiyi yeni paylaşım bu iddiaları daha da gücləndirib.

“Kitabın sonu belə bitirdi: O ilk gördüyü, tanıdığı, güvəndiyi, sevdiyi insan deyildi artıq! Sevən yanılmış, sevilən yad olmuşdu”, - deyə Aysun yazıb.

Qeyd edək ki, müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılovanın toyu iyun ayında olub. Eşqin Cəlilovla ailə quran Aysunun toyu dənizkənarı restoranların birində keçirilib. Bu, Aysunun birinci, Eşqinin isə ikinci evliliyidir. Belə ki, Eşqin daha öncə rus xanımla ailəli olub, ondan bir qız övladı var.


Xəbər xətti