“Ermənistan çirkin hərbi təxribatları ilə heç nəyə nail ola bilməyəcək” - Səttar Möhbalıyev

“Ermənistan tərəfi təcəvüzkar siyasətini davam etdirərək sentyabrın 12-də gecə saatlarından başlayaraq dövlət sərhədində genişmiqyaslı təxribatlar törədib. Bu, birbaşa beynəlxalq hüququn norma və prinsiplərinin, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış üçtərəfli bəyanatların, həmçinin əldə olunmuş digər razılaşmaların kobud şəkildə pozulmasıdır. Aydın görünür ki, Azərbaycanın münasibətlərin normallaşdırılması istiqamətində səylərini Ermənistan pozmaqla məşğuldur, sülhə doğru atılan addımlara müxtəlif təxribatlarla mane olmağa çalışır”.

Bu fikirləri Ucnoqta.az-a açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, son zamanlar Laçında və digər ərazilərdə minaların yerləşdirilməsi, dövlət sərhədi boyunca hərbiləşmənin artırılması, həmçinin erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarılmaması gərginliyin yüksəldilməsinə hesablanmış addımlardır və Ermənistan bu tipli əməlləri ilə danışıqları əngəlləməyə çalışır: “Törədilən son hərbi təxribat da qeyd etdiyim çirikin əməllərin davamıdır. Təcavüzkar dövlətin belə əməllərinə, təbii ki, cavab vermək, təhlükə doğuran legitim hədəfləri məhv etmək, ərazi bütövlüyünün təhlükəsizliyini qorumaq Azərbaycanın suveren hüququdur”.

“Ermənistan tərəfi, o cümlədən başıpozuq revanşist qüvvələr hələ də anlamırlar ki, onlar törətdikləri təxribatlarla heç nəyə nail ola bilməyəcəklər. Onların qarşısında güclü və yenilməz, iki il öncə təcavüzkar ordularını məhv etmiş müzəffər bir Ordu dayanır. Ona görə reallıqlarla barışmalı, bu kimi təxribatlardan əl çəkməli, Azərbaycanın sülh səylərinə qarşılıq verməlidirlər. Yalnız bu onların yeganə xilas yoludur”, - Milli Məclisin deputatı deyib.

Tarix
13 Sentyabr 2022 [11:48]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2022-09-13 11:48:31
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin