Ana səhifə Mobil versiya
27 Sentyabr 2022

İsrailli politoloqdan Qarabağ ermənilərinə müraciət

Məhz Azərbaycan daxilində Qarabağ bölgəsinin erməni əhalisi normal həyat sürə biləcək. Bəs separatçılar və ya İrəvan onlara nə verə bilər?! Yoxsulluq və durğunluqdan başqa heç nə. İnsanlar bunu başa düşdülər. Onlar dərin yuxudan oyandılar.

Ucnoqta.az Axar.az-a istinadən xəbər verir ki, bu fikirləri tanınmış israilli politoloq Mixail Finkel bölüşüb.

“Ermənilərin onlara Azərbaycan vətəndaşlığının verilməsi xahişi ilə rəsmi Bakıya üz tutması onu deməyə əsas verir ki, ermənilər nəhayət həm qələbə, həm layiqli və təhlükəsiz həyat, həm də övladları üçün perspektivlərin onlara yalnız Azərbaycanın verə biləcəyini və qorxduqları “qəzəbli türklər” haqqındakı nağılların hamısının hiylə, saxtakarlıq və təbliğatdan başqa bir şey olmadığını dərk edirlər. Onlar başa düşürlər ki, əslində, Azərbaycan tolerant ölkədir və heç vaxt erməni ideoloqlarının ona aid etdiklərini etməyib”, - ekspert qeyd edib.

Tarix
18 Avqust 2022 [14:37]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2022-08-18 14:37:15
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin