Ana səhifə Mobil versiya
27 Sentyabr 2022

“Qalaaltı”nın yaxınlığındakı yanğınların söndürülməsinə helikopter cəlb edildi - VİDEO

Şabran rayonunda yerləşən “Qalaaltı” İstirahət Mərkəzinin yaxınlığındakı meşəlik ərazidə baş vermiş yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində yanğından mühafizə tədbirləri davam etdirilir.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. 

Yanğının mürəkkəb relyefli dağlıq ərazidə baş verməsi yanğın nöqtəsinə yanğınsöndürmə texnikasının və şəxsi heyətin birbaşa müdaxiləsini imkansız edir. Bu səbəbdən yanğının söndürülməsinə FHN-in 4 ədəd yanğınsöndürmə avtomobilindən başqa bir ədəd helikopteri də cəlb edilib.

Yanğının “Qalaaltı” İstirahət Mərkəzinin ərazisinə keçməməsi üçün Nazirliyin yanğısöndürmə qüvvələri əməliyyat şəraitinə uyğun olaraq operativ qaydada qabaqlayıcı tədbirlər həyata keçirir. “Qalaaltı” İstirahət Mərkəzinin baş verə biləcək yanğından mühafizə edilməsi məqsədilə su hidratlarının effektiv tətbiqi üçün lazımi avadanlıqlar hazır vəziyyətə gətirilib, müdafiə xətləri qurulub.

“Qalaaltı” İstirahət Mərkəzinə yaxın olan meşəlik ərazidə yanğın istiqamətində soyutma işləri davam etdirilir.

Tarix
17 Avqust 2022 [17:22]
Müəllif
Üç nöqtə
2022-08-17 17:22:57
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin