Ukrayna taxılını daşıyan gəmi İtaliyaya çatdı

08:30 - 17 Avqust 2022 - DÜNYA

Ukrayna taxılını daşıyan "Sacura" quru yük gəmisi İtaliyanın Ravenna limanına gəlib.

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bunu “Marine Traffic” gəmi izləmə xidmətinin çərşənbə günü yenilənmiş məlumatları sübut edir.

Ukrayna taxılını daşıyan “Sacura” quru yük gəmisi Bakı vaxtı ilə saat 01:15-də İtaliyanın Ravenna limanına çatıb.

Yük gəmisi avqustun 8-də Yujnı limanını tərk edib. Gəmidə 11 min ton soya var.

Xəbər xətti