Rusiya "Telegram"ı 4 milyon məbləğində cərimələdi

18:08 - 16 Avqust 2022 - DÜNYA

Moskva məhkəməsi Ukraynada xüsusi əməliyyatda iştirak edən rusiyalı hərbçilərin şəxsi məlumatlarını yayan botu və yanlış məlumatlar dərc edən "Telegram" kanalları silməkdən imtina edən teleqram mesencerini 4 milyon rubl (110 884 AZN) məbləğində cərimə edib.

Ucnoqta.az Rusiya mətbuatına istinadən xəbər verir  ki, məhkəmə qərarını hakim Timur Vaxrameyev oxuyub.

Şirkət nümayəndələri məhkəmə tarixini bilə-bilə prosesə qatılmayıb.

Xəbər xətti