“Tank biatlonu” müsabiqəsində komandalar normativləri yerinə yetiriblər

16:37 - 14 Avqust 2022 - Xəbər

“Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində Rusiya Federasiyasının Moskva şəhərinin Alabino poliqonunda keçirilən “Tank biatlonu” müsabiqəsində iştirakçı ölkələrin nümayəndələri texniki hazırlıq üzrə normativləri yerinə yetiriblər.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Müsabiqədə iştirak edən hərbi qulluqçularımız qarşıya qoyulan tapşırıqların öhdəsindən bacarıqla gəliblər.

Qeyd edək ki, "Tank biatlonu” müsabiqəsi cari ilin avqust ayının 27-dək davam edəcək.

Xəbər xətti