Təcili yardım maşını “Mercedes”lə toqquşdu - 3 nəfər xəsarət alıb - FOTO

13:42 - 14 Avqust 2022 - HADİSƏ

Sumqayıtda təcili tibbi yardım maşını qəzaya uğrayıb.

Şəhərin Bakı və Ağa Quliyev küçələrinin kəsişməsində təcili tibbi yardım avtomobili “Mercedes” markalı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində təcili tibbi yardım maşınında olan 3 nəfər yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.///apa


Xəbər xətti