Ucnoqta.az
www.ucnoqta.az

Təcili yardım maşını “Mercedes”lə toqquşdu - <font color=red><b>3 nəfər xəsarət alıb - FOTO</b></font>

13:42 - 14 Avqust 2022 tarixində dərc olunub.

Sumqayıtda təcili tibbi yardım maşını qəzaya uğrayıb.

Şəhərin Bakı və Ağa Quliyev küçələrinin kəsişməsində təcili tibbi yardım avtomobili “Mercedes” markalı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində təcili tibbi yardım maşınında olan 3 nəfər yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.///apa

Müəllif: