Bərdədə elektron qolbaq daşıyan məhkum özünü bıçaqladı

13:19 - 11 Avqust 2022 - HADİSƏ

Bərdədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə ötən gün baş verib. Rayonun Güloğullar kənd sakini, 1986-cı il təvəllüdlü Hümbətov İsmayıl Möhübbət oğlu bədəninin müxtəlif nahiyələrində bıçaq yarası ilə Bərdə Müailicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Mərkəzdən verilən məlumata görə İ. Hümbətova tibbi yardım göstərilib, vəziyyəti stabildir.

İsmayıl Hümbətovun məhkumluğunun olduğu, elektron qolbaq daşıdığı bildirilir.

 

Xəbər xətti