Qusarda piyadanı maşın vurub

11:57 - 11 Avqust 2022 - HADİSƏ

Qusar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Hil kəndində qeydə alınıb. “VAZ 21010” markalı nəqliyyat vasitəsi kənd sakini 1964-cü il təvəllüdlü Yaliddin Səfərbəyovu vurub. Xəsarət alan şəxs Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər xətti