"Banur" jurnalının təqdimatı keçirilib

16:23 - 10 Avqust 2022 - Ədəbiyyat

07.08.2022-ci il tarixində,Azərkitabda Ülkər tvnin layihələrini özündə əks etdirən mətbu orqanı olan "Banur" jurnalının təqdimatı keçirilib.

Ucnoqta.az xəbər verir ki, təqdimatda, şəhid ailələri, qazilər, media işçiləri də iştirak edərək jurnalın təsisçisi, Ülkər Şahlar qızı Gidnerə uğurlar arzulayıblar.
Qeyd edək ki, Ülkər tv-nin layihələrində, hər zaman, həm uşaqlar,həm də ölkəmizdə mövcud olan duruma istinadən, aztəminatlı ailələr,qazi və şəhid ailələrinə xüsusi diqqət göstərilib.

Ülkər Tv online üzərindən yaradılmış kanaldır. Kanalın rəhbəri Ülkər Şahlarqızı, icraçısı isə Fatimə Əlihüseyndir.
Kanalın yaranma tarixi 2020-ci ilin sonlarına təsadüf edir. Pandemiya dönəmi olduğu üçün çəkilişlər məhdud sayda olsa da Ülkər Tv-nin uşaqlarla, ələlxüsus şəhid övladları ilə biri-birindən maraqlı, əyləncəli çəkilişlər etmiş, şəhid balalarına mənəvi dayaq olmaq, ruh yüksəkliyi yaratmaq üçün cəhd göstəriblər.


Xəbər xətti