Yevlaxda yaşayış binasında yanğın söndürülüb - Video

20:09 - 9 Avqust 2022 - HADİSƏ

Yevlax şəhərində beşmərtəbəli yataqxana binasının dam örtüyündə yanğın söndürülüb.

Hazırda soyutma işləri aparılır.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, yanğınla əlaqədar olaraq Yevlax Rayon Mərkəzi Xəstəxanasının 3 Təcili tibbi yardım briqadası əraziyə cəlb edilib.

Tüstüdən təsirlənən bir nəfərə yerində yardım edilib.

Bir nəfər əl və qolun yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

İlkin tibbi yardım edilib, vəziyyəti stabildir.

19:08

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Yevlax şəhərində beşmərtəbəli yataqxana binasının dam örtüyündə yanğın olması barədə məlumat daxil olub.

Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Xəbər xətti