Almaniyada prokuror 101 yaşlı şəxsə 5 il həbs cəzası istədi

Almaniyanın Berlin şəhərində 101 yaşlı Jozef Şutzun növbəti məhkəmə prosesi keçirilib. APA BFM TV-yə istinadla xəbər verir ki, faşist əsir düşərgəsinin keçmiş nəzatərçisi 1942-1945-ci illərdə 3518 dustağın ölümündə iştirak etməkdə ittiham olunur. Prokurorluq onun 5 il azadlıqdan məhrum edilməsini istəyib. Məhkəməyə əlil arabasında gətirilən şəxs ittihamları rədd edərək faşist Almaniyasının ordusu və polisi ilə əlaqələri barədə deyilənləri yalan adlandırıb. Təqsirləndirilən şəxsin vəkili bildirib ki, Almaniya tarixinin ən yaşlı müttəhimi ilə bağlı bütün proseslər dayandırılmalıdır. Müstəntiqlər 1973-cü ildən indiyədək onunla bağlı heç bir sübut tapa bilməyiblər. Müharibənin şahidləri artıq həyatda deyil, sağ qalanlar da danışmaq qabiliyyətini itirib.
Tarix
28 İyun 2022 [00:32]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2022-06-28 00:32:01
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin