Ukrayna Rusiyanın itkilərini AÇIQLADI

14:04 - 27 İyun 2022 - DÜNYA

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi təxminən 35 minə yaxın canlı qüvvəsini itirib. Bundan başqa, Rusiyanın 1 552 ədəd tankı, 3 687 ədəd zirehli döyüş maşını, 771 ədəd artilleriya sistemi, 243 ədəd reaktiv yaylım atəş sistemi, 93 hava hücumundan müdafiə sistemi, 217 ədəd hərbi təyyarəsi, 184 ədəd helikopteri, 139 qanadlı raketi, 2 575 ədəd nəqliyyat vasitəsi və avtoçən, 14 ədəd gəmi-kateri, 636 ədəd dronu və 60 ədəd xüsusi texnikası məhv edilib.

Xəbər xətti