"Tək kişilərlə foto çəkdirmirəm, birdən... "- Şəbnəm Tapdıq

"O vaxtlar nərmənazik idim. İndi efir bizi olduğumuzdan kök göstərir. Amma söz verirəm, özümü arıqladacam". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Şəbnəm Tapdıq "Gündən-günə" proqramında deyib. Müğənni kişi fanatları ilə şəkil çəkdirmədiyini söyləyib: "İnsanlardan qaçmıram, onları çox istəyirəm. Fanatlarımı alqışlayıram. Bir məkanda qəşəng bijuteriyalar var, getdim almağa. Dedilər, fanatların qapıda gözləyir. Bir polis yaxınlaşdı ki, burada nə baş verir? Dedilər, Şəbnəm xanımı gözləyirlər ki, şəkil çəkdirsinlər. Polislər dedi ki, bizimlə də şəkil çəkdirsin. Cavab verdim ki, gərək yanınızda xanım olsun. Çünki mən tək kişilərlə şəkil çəkdirmirəm. İki başqa uşağı qucaqladıq və çəkdirdik. Proqramın aparıcısı, Əməkdar artist Əkbər Əlizadə "Hələ də həssaslıqla yanaşırsınız? Əlini sallayıb şəkil çəkdirəcəkdi. Hamı sizi tanıyır" sözlərini deyib. İdaçı isə ona "Mənim üçün təmiz ad hər şeydən üstündür. Birdən aparıb evdə göstərərlər, başqa xöz deyərlər" cavabını verib.
Tarix
26 İyun 2022 [07:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2022-06-26 07:38:49
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin