91 yaşlı milyarder arvadından BOŞANIR

23:29 - 23 İyun 2022 - MARAQLI

Dünyanın ən böyük media maqnatı Rupert Merdok dördüncü evliliyinə son qoymaq qərarına gəlib. 6 ildir Cerri Holl ilə evli olan Merdokun 14 milyard funt-sterlinq sərvətini necə bölüşəcəyi maraq doğurur. 

Ucnoqta.az “The New York Times”a istinadən xəbər verir ki,  91 yaşlı media maqnatının və 65 yaşlı modelin boşanma xəbəri dünya mediasında gündəmə səbəb olub.

Dünyanın ən zəngin 100 nəfərindən biri olan Rupertin arvadından boşanması onun varidatına təsir etməyəcək.

Qeyd edək ki, cütlük 2016-cı ildə ailə qurub. Milyarderin əvvəlki evliliklərindən 6 övladı var.

Xəbər xətti