Ərzaq təhlükəsizliyi üzrə ehtiyatın yaradılmasına 193 mln ayrılır

Cari ilin dövlət büdcəsində dəyişikliklərin edilməsi çərçivəsində 193 mln. manat məbləğində vəsaitin ərzaq təhlükəsizliyi üzrə ehtiyyatın yaradılması üçün ayrılması nəzərdə tutulur.

Ucnoqta.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov deyib. O bildirib ki, bunun əsasında dövlət tərəfindən bu sahədə əlavə çevik tədbirlərin keçirilməsi nəzərdə tutulur.

"Hökumət tərəfindən Azərbaycan Prezidentinin tapşırıqlarıba uyğun olaraq, müəyyən antiinflyasiya tədbirləri hazırlanıb həyata keçirilməkdədir. Onların əksər hissəsi onunla bağlıdır ki, ilk növbədə Azərbaycana idxal olunan ərzaq məhsulları üzrə mövcud olan gömrük rüsum və müəyyən vergilərin aradan qaldırılmasıdır. Yəni bununla əlaqədar müvafiq qərarlar qəbul edilir. Bu qərarların icrası nəticəsində biz hesab edirik ki, ən azı Azərbaycan hökumətinin payına düşən o məhsulların qiymətinin artımını aradan götürməklə, qiymətlər bir qədər azalma baş verəcək",- deyə Samir Şərifov qeyd edib.

Tarix
23 İyun 2022 [12:23]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2022-06-23 12:23:28
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin