Beyləqan rayonunda 15 nəfər pambıq yığımı zamanı zəhərlənib.
Zəhərlənən şəxslər dərhal Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
TƏBİB-dən bildirilib ki, onların vəziyyətləri qənatbəxşdir, gün ərzində ambulator müalicə üçün evə buraxılacaqlar.
Baş Prokurorluğun Mətbuat Xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirib ki, qeyd olunan faktla bağlı hazırda Beyləqan Rayon Prokurorluğunda araşdırma aparılır.///report
Tarix
23 İyun 2022 [09:51]
|
Müəllif
Üç nöqtə
|
Ən son xəbərləri səhifəmizdən də izləyin