Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda kütləvi zəhərlənmə -<font color=red><b> araşdırma aparılır</b></font>

09:51 - 23 İyun 2022 tarixində dərc olunub.

Beyləqan rayonunda 15 nəfər pambıq yığımı zamanı zəhərlənib.

Zəhərlənən şəxslər dərhal Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

TƏBİB-dən bildirilib ki, onların vəziyyətləri qənatbəxşdir, gün ərzində ambulator müalicə üçün evə buraxılacaqlar.

Baş Prokurorluğun Mətbuat Xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirib ki, qeyd olunan faktla bağlı hazırda Beyləqan Rayon Prokurorluğunda araşdırma aparılır.///report

Müəllif: