"Sədr seçilməyimlə kinonun düzələcəyini düşünənlər səhv edir" - Rasim Balayev

17:58 - 8 İyun 2022 - Mədəniyyət

Formula-1 yarışları səbəbindən həmin ərazi bağlı olduğu üçün işə gedə bilmirəm.

Bu sözləri Kult.az-a Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni sədri xalq artisti Rasim Balayev deyib.

O bildirib ki, sədr seçiləndən sonra ona çoxlu suallar verilir:

“Gedib müəyyən qrafik tutmalıyıq, iclas keçirməliyik. İşə başlamadığım üçün mənə ünvanlanan suallara konkret cavab verə bilmirəm.
Bir daha təkrar edim ki, mənim sədr seçilməyimlə kinonun düzələcəyini düşünənlər səhv edir. Mən kino çəkən deyiləm axı! Kinonu rejissorlar çəkir. Sadəcə Kinematoqrafçılar İttifaqına aid müəyyən mükəlləfiyyətlər var və biz o işləri görəcəyik. Biz sadəcə kino çəkənlərə bəzi məsləhətlər verə bilərik”, - xalq artisti deyib.

Xəbər xətti