Bakının mərkəzində çoxillik ağacları kəsib parkinq etdilər - FOTO

10:37 - 7 İyun 2022 - Xəbər

Bakının Nəsimi rayonunda ağacların kəsilərək yerində parkinq təşkil edilməsi sosial şəbəkələrdə ciddi narazılığa səbəb olub. Belə ki, ərazidə çoxillik ağaclar kəsilib, piyadalar üçün səki isə daraldılıb.

Ucnoqta.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxlayıb. Nazirlikdən bildirilib ki, məsələdən xəbərdardırlar.

“Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacın kəsilməsi ilə bağlı artıq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırma aparılır”, - deyə açıqlamada vurğulanıb.

Qeyd edək ki, sosial şəbəkədə, həmçinin sözügedən ərazinin bu dəyişiklikdən öncəki görüntüsünün fotosu da yayılıb.


Xəbər xətti