Balakəndə ev yanıb

Balakəndə fərdi yaşayış evi yanıb.

Bu gün saat 15:50-də rayonun Tülü kəndində, kənd sakini Elxan İslam oğlu Heykəlova məxsus, ümumi sahəsi 120 kv/m olan birmərtəbəli fərdi yaşayış evində yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin dam örtüyünün yanar konstruksiyaları, iki otağın tavanı və ev əşyaları qismən yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Tarix
28 May 2022 [20:53]
Müəllif
Üç nöqtə
2022-05-28 20:53:53
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin