Koronavirusa yoluxanların sayı AÇIQLANDI

16:44 - 28 May 2022 - Xəbər

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 11 yeni yoluxma faktı qeydə alınıb, 5 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Ucnoqta.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 757 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 992 nəfər müalicə olunaraq sağalıb, 9 712 nəfər vəfat edib, aktiv xəstə sayı 53 nəfərdir.

Ölkədə son sutka ərzində 3 422, hazırkı dövrədək isə 6 888 708 test aparılıb.

 


Xəbər xətti