Türkiyə XİN başçısı Azərbaycan xalqını təbrik etdi

11:34 - 28 May 2022 - Xəbər

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

O, bu barədə tviter səhifəsində yazıb.

“Bir kərə yüksələn bayraq, bir daha enməz! Can Azərbaycanın müstəqillik günü mübarək olsun! Azərbaycanlı qardaşlarımızı salamlayır, müstəqillik yolunda şəhid olan qəhrəmanlarımızı rəhbət və hörmətlə anıram”, - o bildirib.

Xəbər xətti