“Çox az istirahət edəcəyik” - Qurban Qurbanov

23:32 - 27 May 2022 - Müsahibə

“Rəşad Sadıqovu və onun komandasını təbrik etmək istəyirəm. Onlar bu gün bizə qarşı qurduqları oyunla qələbəyə layiq idilər”.

Ucnoqta.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
“Mən heç vaxt penaltilərə hazırlaşmıram. Bu, ilboyu edilən hazırlıqların nəticəsi idi. Çox az istirahət edəcəyik. Futbolçularımın əvəzinə onların işini görmək istərdim. Ancaq təəssüf ki, futbolçuların cəmi 10 gün istirahət etmək imkanı olacaq. Özüm isə cəmi 3 gün istirahət edəcəyəm. Bundan sonra yenidən işimin başında olacağam.

5 il sonra qızıl dubl etmək gözəl hissdir. Azərbaycan Kubokunu qazanmaq ikiqat sevincdir.

Hazırda anlaşdığımız stopper yoxdur. 2-3 günə hansı mövqelərə oyunçu lazım olacağını açıqlayacağıq.

Digər rəqiblərə qarşı bir gün hazırlaşıramsa, Rəşad Sadıqovun komandasına qarşı iki gün hazırlaşıram. Bəli, biz dostuq. Bu gün Rəşad Sadıqovun komandasına qarşı oynamaq asan deyildi. Mənim rəhbərliyim altında oynasa da, mən dostlarımdan heç bir sirri gizlətməmişəm”.

Xəbər xətti