Hərbçilərlə bağlı qanuna DƏYİŞİKLİK EDİLDİ

Azərbaycanda hərbçilərin sosial sığorta sistemində fərdi uçotunun aparılması qaydası müəyyənləşir.

Ucnoqta.az xəbər verir ki, bununla bağlı “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə xidmətkeçmənin xüsusiyyətləri nəzərə alınmaqla kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları və işçiləri, əməliyyat-axtarış fəaliyyəti subyektlərinin işçiləri və "Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan digər işçilərin və şəxslərin dövlət sosial sığorta sistemində fərdi uçotunun isə kağız daşıyıcılar vasitəsilə aparılması, elektron informasiya sistemində əks olunmayan məlumatların sosial sığorta ödəmələrində nəzərə alınması üçün sığortaçı tərəfindən sığortaolunandan müvafiq məlumatları kağız daşıyıcılarda tələb edilməsi təklif olunur.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Tarix
27 May 2022 [13:21]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2022-05-27 13:21:25
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin