Bu gün Azərbaycan Kubokunun final oyunu keçiriləcək

09:16 - 27 May 2022 - İDMAN

Bu gün futbol üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşəcək.

Ucnoqta.az xəbər verir ki, final oyununda son çempion "Qarabağ"la bürünc mükafatçı "Zirə" üz-üzə gələcək. Qəbələ şəhər stadionundakı qarşılaşma saat 19:00-da başlayacaq. Görüşü FIFA referisi Elçin Məsiyev idarə edəcək.

Finalçılar Azərbaycan kubokunda ilk dəfə qarşılaşacaqlar. "Qartallar" "köhlən atlar"ın kubokda 39-cu rəqibi olacaq. Ağdam klubu isə qəsəbə təmsilçisi üçün 10-cu rəqibdir.

Yarışın 30 illik tarixində 472 müxtəlif cüt üz-üzə gəlib. "Qarabağ" - "Zirə" cütü bu siyahıda 473-cü olacaq.

Azərbaycan Kuboku

Final

27 may

19:00. "Qarabağ" - "Zirə"

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu

Ehtiyat köməkçi hakim: Kamran Bayramov

Hakim-inspektor: Frits Ştuxlik

AFFA nümayəndəsi: Erkin Hüseynov

Qeyd edək ki, Azərbaycan Kubokunun son qalibi hələlik "Keşlə" (indiki "Şamaxı") klubu olub.

Xəbər xətti