"Lotu Quli"nin adından istifadə edən şəxsə cəza istənildi

17:35 - 20 May 2022 - Cəmiyyət

Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən Vüsal Axundovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror Vüsal Axundovun verilmiş ittihamlarla təqsirli bilinərək 16 il azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, Vüsal Axundov əmisi oğlu Emin Axundovun əmlakını ələ keçirib.
O, sahibkar əmisi oğluna kriminal avtoritet "Lotu Quli"ləqəbi ilə tanınan Nadir Səlifovun adından istifadə edərək hədə-qorxu gəlib, onun 12 milyon manatlıq pul və əmlakını ələ keçirməkdə ittiham olunur.///apa

Xəbər xətti