Qadir İbrahimli vəfat etdi

09:46 - 20 May 2022 - Cəmiyyət

Tanınmış jurnalist Qadir İbrahimli vəfat edib. 

Bu barədə onun yaxın dostu Niyaz Niftiyev məlumat verib. 

O bildirib ki, Q.İbrahimlinin nəşi dəfn edilmək üçün doğulduğu Lənkəran şəhərinə aparılır. 

Allah rəhmət eləsin. 

Xatırladaq ki, jurnalist səhhətində yaranan problemlərlə əlaqədar bir neçə gün əvvəl Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi. Onun qaraciyər sirrozundan əziyyət çəkdiyi bildirilirdi.

 

Xəbər xətti