Narkotikin təsiri altında "avtoşluq" edən şəxs saxlanıldı - ANBAAN VİDEO

14:14 - 16 May 2022 - HADİSƏ

Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Dövlət Yol Polisi Şöbəsinin (DYPB) əməkdaşları şəhər ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücünü saxlayıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, şəhər sakini Ramil İsgəndərov idarə etdiyi VAZ-2107 markalı avtomobil ilə yollarda intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub, avtoxuliqanlıq edib və bununla da ictimai-asayişi nümayişkaranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olması məlum olub.

Saxlanılan zaman sürücünün narkotik vasitənin təsiri altında olduğu da müəyyən edilib.

Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən tərtib olunan inzibati protokol baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə Ruslan Həsənov sürücülük hüququndan bir il müddətinə məhrum olmaqla 15 sutka inzibati qaydada həbs edilib.

Xəbər xətti