Bu gün Ay tutulacaq

00:06 - 16 May 2022 - ÖLKƏ İÇİ

Bu gün ilin ilk Ay tutulması hadisəsi baş verəcək.

"Report"un xəbərinə görə, təbiət hadisəsi tam Ay tutulması olacaq.

Təbii hadisə saat 07:29-da başlayacaq, saat 8:53-də sona çatacaq. Tutulmanın maksimumu saat 8:11-də qeydə alınacaq.

Təbiət hadisəsini Şimali və Cənubi Amerika, Avropa, Afrika və Asiyanın bir hissəsindən izləmək mümkün olacaq.

Tutulma zamanı Ay üfüqdən aşağıda olacaq. Buna görə təbii hadisə Azərbaycanda müşahidə edilməyəcək.

Xəbər xətti