Bakıda yataqxanada yanğın olub, xəsarət alanlar var

00:09 - 27 Yanvar 2022 - HADİSƏ

Bakıda beşmərtəbəli yataqxana binasında yanğın hadisəsi qeydə alınıb.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Yasamal rayonunda yaşayış olmayan beşmərtəbəli yataqxana binasının 5-ci mərtəbəsinin bir otağında taxta qırıntıları 1 m² sahədə yanıb.

Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənmə əlamətləri ilə təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparılıb.

Otaq yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti